Bu ilin yanvar ayında Azərbaycan 165 min ABŞ dolları dəyərində 1 min 448 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) idxal edib.
"Far.Az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyət olaraq 28 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 131 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 49 % çox) 1 min 394 ton (+55 %), Rusiyadan 16,24 min ABŞ dolları dəyərində (-27 %) 22 ton (-84 %),Türkiyədən 1,99 min ABŞ dolları dəyərində (-90 %) 5,51 ton (-81 %), Pakistandan 14,14 min ABŞ dolları dəyərində (-1 %) 25 ton (+0,2 %), Belarusdan 0,36 min ABŞ dolları dəyərində (-97 %) 0,31 ton (-99,3 %) məhsul alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 15 min 921 ton duzun 74 %-i İranın payına düşüb.