AZ

Azərbaycan əsas tədarük bazarından duz alışını 55 % artırıb

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Bu ilin yanvar ayında Azərbaycan 165 min ABŞ dolları dəyərində 1 min 448 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyət olaraq 28 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 131 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 49 % çox) 1 min 394 ton (+55 %), Rusiyadan 16,24 min ABŞ dolları dəyərində (-27 %) 22 ton (-84 %),Türkiyədən 1,99 min ABŞ dolları dəyərində (-90 %) 5,51 ton (-81 %), Pakistandan 14,14 min ABŞ dolları dəyərində (-1 %) 25 ton (+0,2 %), Belarusdan 0,36 min ABŞ dolları dəyərində (-97 %) 0,31 ton (-99,3 %) məhsul alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 15 min 921 ton duzun 74 %-i İranın payına düşüb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
4
cebheinfo.az

5Mənbələr