Model, bloqer Çelsi Baxşıyeva yenə qalmaqallı video yayımlayıb. Model yaydığı videoda bildirib ki, keçmiş sevgilisi Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olan Anar Pirməmmədov Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun adından istifadə edərək guya yenidən öz işinə bərpa olunması ilə bağlı məlumat yayıb.
Bloqer qeyd edib ki, Anar Pirməmmədovun onun əlində videosu və səs yazıları var. “Anar Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun adından istifadə edərək məlumata yayır ki, guya işə bərpa olunub. Amma bu adam anlamır ki, o boyda nazir Anar kimi birini yenidən işə bərpa etməz və mümkün deyil. Anar öz ailəsi haqqında dedikləri barədə məndə səs yazıları var. Lazım olsa o səs yazılarını da yayımlaya bilərəm.”- deyə bloger bildirib.