EN

Fatih Terimdən Luçeskuya duyğusal vida: "Biz eyni hekayənin fərqli cümlələri idik"

Türkiyəli əfsanəvi məşqçi Fatih Terim iki gün öncə vəfat edən rumıniyalı həmkarı Mirça Luçesku ilə bağlı duyğusal bir paylaşım edib.

Fanat.Az xəbər verir ki, "imperator" ləqəbli çalışdırıcı sosial media hesabında aşağıdakı ifadələri işlədib:

"Hörmətli Mirça,

Bu sətirləri yazmaq heç də asan deyil. Amma demək olar ki, bütün həyatlarını yaşıl meydannın üzərində və ya kənarında, hər kəsin yaşaya bilmədiyi böyük məsuliyyətlər altında keçirən iki futbolçu kimi, bu hekayəni sükutla tamamlamaq lazımdır.

Son yarım əsrdə insanlar dəyişdi, zamanlar dəyişdi, futbol dəyişdi, dünya dəyişdi. Amma futbola olan ehtirasınız heç vaxt azalmadı. Eyni hekayədə fərqli fəsillərə çevrildik. Eyni sevinclər, kədərlər, fırtınalar, məyusluqlar... Qazandıq, uduzduq, tənqid olunduq, təbrik edildik, bəzən tamamilə səhv başa düşüldük. Düşünürəm ki, bizi bir araya gətirən şey oyuna olan sədaqətimiz idi. Bəlkə də taleyin sizi son dəfə çox sevdiyiniz İstanbula gətirməsinin səbəbi budur. 

Bu, hörmətə əsaslanan vida məktubudur. Sən özünü bütün varlığınla futbola həsr etmisən. Sən bu oyuna çox şey vermisən, təkcə Rumıniya və ya Türkiyə futboluna yox. Bilirəm ki, harada olursan ol, gözlərini futboldan çəkməyəcəksən.

Rahat yat, dostum".

Karyerası ərzində "Beşiktaş", "Qalatasaray" klublarını və Türkiyə milli komandasını çalışdırmış əfsanəvi rumın məşqçi Mirça Luçesku iki gün əvvəl 80 yaşında vəfat edib.
 

Chosen
5
1
fanat.az

2Sources