Türkiyə Superliqası çərçivəsində ötən gün “Göztepe”yə 3:1 hesabı ilə qalib gələn “Qalatasara”yın baş məşqçisi Okan Buruk maraqlı açıqlama verib.
"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, o, komandanın içindən bir nəfərin oyundan öncə taktiki gedişləri rəqiblərə ötürdüyünü bildirib:
“Bir nəfər hər dəfə “Qalatasaray” heyətini alıb rəqiblərə ötürür. Bunun kimi etdiyini araşdıracağıq. Komandaya qarşı böyük bir xainlik var. Bu, “Qalatasaray” camiəsinə qarşı xəyanətdir. Rəqiblərimiz də ona görə hazırlanırlar. Komandanı kim satırsa, bunu tapmaq lazımdır. Xainin kim olduğunu ortaya çıxaracağıq”.
"Cebheinfo.az"