AZ

Okan Burukdan qalmaqallı açıqlama “Komandamızın içində xain var”

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyə Superliqası çərçivəsində ötən gün “Göztepe”yə 3:1 hesabı ilə qalib gələn “Qalatasara”yın baş məşqçisi Okan Buruk maraqlı açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, o, komandanın içindən bir nəfərin oyundan öncə taktiki gedişləri rəqiblərə ötürdüyünü bildirib.

“Bir nəfər hər dəfə “Qalatasaray”ın matçdan öncə müəyyənləşdirilən ilk “11-liy”ni alıb rəqiblərə ötürür. Bunu kimin etdiyini araşdıracağıq. Komandaya qarşı böyük bir xainlik var. Bu, “Qalatasaray” camiəsinə qarşı xəyanətdir. Rəqiblərimiz də ona görə hazırlanırlar. Komandanı kim satırsa, bunu tapmaq lazımdır. Xainin kim olduğunu ortaya çıxaracağıq”, - çalışdırıcı vurğualyıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
4
qafqazinfo.az

5Mənbələr