EN

Filippinlərdə Taal və Kanlaon vulkanları püskürdü

Filippinlərdə
Filippinlərdə yerləşən Kanlaon Yanardağı və Taal Yanardağının əsas kraterində püskürmə baş verib. 1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Filippinlərin Filippin Volkanologiya və Seysmologiya İnstitutu (PHIVOLCS-DOST) məlumat yayıb.
Taal vulkanında yaranan kül və tüstü buludunun 300 metr hündürlüyə çatdığı bildirilib. Hər iki vulkanda aktivlik müşahidə olunub. Qurumun açıqlamasında qeyd edilir ki, Kanlaon vulkanı yerli vaxtla saat 07:24–07:29 aralığında kül püskürüb. Nəticədə yaranan kül və tüstü buludu 1200 metr yüksəklikədək qalxıb. Bundan əlavə, gecə yarısından etibarən vulkanın ümumilikdə 4 dəfə püskürdüyü qeyd olunub. Kanlaon vulkanı üçün elan edilən ikinci səviyyəli təhlükə xəbərdarlığının qüvvədə qaldığı bildirilib. Taal vulkanının əsas kraterində isə yerli vaxtla saat 11:20–11:22 aralığında püskürmə qeydə alınıb. Bu zaman əmələ gələn kül və tüstü buludunun 300 metr yüksəkliyə çatdığı açıqlanıb. Taal vulkanı üçün birinci səviyyəli təhlükə xəbərdarlığının hələ də qüvvədə olduğu qeyd edilib.

Hər iki təbiət hadisəsi PHIVOLCS-DOST-un müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb.

Chosen
19
1news.az

1Sources