EN

Gömrük sahəsində malların ikipilləli buraxılış mexanizmi tətbiq olunacaq

Azərbaycanda gömrük sahəsində biznes proseslərinin çevikliyinin artırılması və ticarət əməliyyatlarının sadələşdirilməsi məqsədilə yeni normativ hüquqi sənədlərin işlənib hazırlanması planlaşdırılır.

Məlumata görə, saxlama məsrəflərinin minimuma endirilməsi və məhsulların istehlakçılara daha operativ şəkildə çatdırılmasını təmin etmək üçün malların ikipilləli buraxılış mexanizminə dair normativ hüquqi bazanın formalaşdırılması nəzərdə tutulub. 

Bu işlərin cari ilin dekabrın 1-nə qədər Dövlət Gömrük Komitəsi tərəfindən yerinə yetirilməsi planlaşdırılır.

Bundan əlavə, gömrük məqsədləri baxımından beynəlxalq yükdaşımalar üzrə əvvəlcədən məlumatlandırma sisteminin yaradılması istiqamətində normativ hüquqi bazanın təkmilləşdirilməsi də gündəmdədir. Bu istiqamətdəki fəaliyyətlər Dövlət Gömrük Komitəsi ilə bərabər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən reallaşdırılacaq.

Paralel olaraq, səlahiyyətli iqtisadi operator statusunun həyata keçirilməsi ilə əlaqədar normativ hüquqi akt layihələrinin hazırlanması da nəzərdə tutulub. Göstərilən bütün tədbirlərin cari ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Rpeort

gömrük sahəsi Azərbaycan Dövlət Gömrük Komitəsi gömrük islahatları ticarət əməliyyatlarının sadələşdirilməsi biznes proseslərinin çevikliyi malların ikipilləli buraxılış mexanizmi saxlama məsrəflərinin azaldılması beynəlxalq yükdaşımalar əvvəlcədən məlumatlandırma sistemi gömrük normativ hüquqi baza səlahiyyətli iqtisadi operator statusu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gömrükdə rəqəmsal transformasiya logistika və ticarət əməliyyatları Azərbaycan xarici ticarət siyasəti
Chosen
20
21
marja.az

10Sources