EN

Azərbaycan və Belarus tikinti sahəsində əməkdaşlığı genişləndirir (FOTO)

Bakı. Trend:

Azərbaycan Tikinti Assosiasiyasının təşkilatçılığı iləAssosiasiyanın üzv şirkətlərinin nümayəndələrindən ibarət nümayəndəheyətinin Belarus Respublikasına, qarşı tərəfin dəvəti əsasında,əməkdaşlıq niyyətli işgüzar səfəri həyata keçirilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ATİA İdarəHeyətinin sədri Ramiz İsayevin başçılığı ilə, Assosiasiyanın rəhbərheyəti və üzv şirkətlər - "Crystal Group of Companies" ASC,"Unimetal" MMC, "Fəxrəddin-K" MMC, "İzo Fasad" MMC və digərkorporativ üzvlərdən ibarət heyətlə Belarus Respublikasınınaidiyyəti dövlət qurumları, peşəkar birlikləri, layihə vəekspertiza institutları, eləcə də tikinti sektoru nümayəndələri iləbir sıra məhsuldar görüşlər keçirmişdir. Görüşlər zamanı tikintisənayesinin inkişafı, şəhərsalma, layihələndirmə, ekspertizafəaliyyəti, istehsal imkanları, innovativ texnologiyalar vəinstitusional əməkdaşlıq istiqamətləri üzrə geniş fikir mübadiləsiaparılıb.

Səfərin əsas hissəsi Belarus Memarlıq və Tikinti Nazirliyininnaziri Aleksandr Studnevin qəbulunda keçirilmiş rəsmi görüşolub.

Nazir Azərbaycanla tikinti sahəsində əməkdaşlığıngenişləndirilməsində maraqlı olduqlarını vurğulayıb və iki ölkərəhbərləri arasında formalaşan etibarlı tərəfdaşlığın əməkdaşlığagüclü təkan verdiyini qeyd edib. Görüşün nəticəsi olaraq BelarusRespublikası İnşaatçılar İttifaqı ilə Azərbaycan TikintiAssosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandummemarlıq və tikinti sahəsində sistemli əməkdaşlığı və irimiqyaslıbirgə layihələr üçün hüquqi bazanı təmin edir.

Bundan sonra nümayəndə heyəti Belarus Tikinti İttifaqınınofisində B2B formatında görüşlərdə iştirak edib, "Belstroytsentr",Baş Dövlət Tikinti Ekspertizası, Belarus Elmi-Tədqiqat və LayihəŞəhərsalma İnstitutu və "Belqosproekt" ilə müzakirələr aparıb. Bugörüşlərdə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi, peşəkarəlaqələrin genişləndirilməsi və gələcək birgə təşəbbüslərinformalaşdırılması məsələləri diqqət mərkəzində olub.

Azərbaycan Tikinti Assosiasiyası hesab edir ki, belə səfərlərbeynəlxalq işgüzar tərəfdaşlığın inkişafı, sektorlararasıəlaqələrin gücləndirilməsi və milli tikinti sektorunun qabaqcılbeynəlxalq təcrübə ilə daha sıx inteqrasiyası baxımından mühüməhəmiyyət daşıyır.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Chosen
40
5
az.trend.az

7Sources