Yekaterinburqun Kirovski rayon məhkəməsində Azərbaycan diasporunun keçmiş sədri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinskinin hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Azpost.info APA-ya istinadən xəbər verir ki, prosesdə prokuror Şahin Şıxlinskiyə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il, oğlu Mutvalı Şıxlinskiyə cəzasını ümumi rejimli koloniyada çəkməklə 9 il azadlıqdan məhrum etmə cəzası istəyib.