EN

125 fırıldaqçı Çinə təhvil verildi

Yazını böyüt
Yazını kiçilt

Şri-Lanka polisi telekommunikasiya fırıldaqçılığında şübhəli bilinən 125 nəfəri Çinə geri qaytarıb.

Hafta.az Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxslər martın 29-da Çinin Şri-Lankadakı səfirliyinin və Çin polisinin dəstəyi ilə repatriasiya olunublar. Birgə əməliyyat Çin və Şri-Lanka hüquq-mühafizə orqanları arasında sərhədyanı telekommunikasiya fırıldaqçılığına qarşı mübarizə məqsədilə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi nəticəsində həyata keçirilib.

Son dövrlərdə Şri-Lanka polisi tərəfindən keçirilən çoxsaylı əməliyyatlar nəticəsində bir neçə fırıldaqçılıq şəbəkəsi ifşa olunub və bu cinayət əməllərində iştirak edən şəxslər saxlanılıb. Nazirlik rəsmisi vurğulayıb ki, transmilli cinayətkarlıqla mübarizə məqsədilə daha çox ölkə ilə hüquq-mühafizə sahəsində əməkdaşlıq genişləndiriləcək və səmərəli mexanizmlər formalaşdırılacaq.

Chosen
19
3
hafta.az

4Sources