EN

Rəhim Həsənov yenə hakim səhvlərini etiraf etdi – VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 26-cı turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Bizim.Media xəbər verir ki, o, “Zirə” - “Şamaxı” oyununda baş hakim Elçin Məsiyevin “Zirə”nin futbolçusunun rəqibə qarşı etdiyi hərəkətin qayda pozuntusu olduğunu və hakimin səhv qərar verdiyini bildirib.

Xatırladaq ki, Rəhim Həsənov bir neçə gün əvvəl Azərbaycan kubokunun yarımfinalında keçirilən “Turan Tovuz” – “Zirə” matçında (0:2) daha bir FİFA referisi Əliyar Ağayevin 2 dəfə yanlış qərar verdiyini təsdiqləyib.

Belə ki, o, “Turan Tovuz”un lehinə olan 2 penaltini təyin etməyib. (Qafqazinfo.az)


Bizim.Media

Chosen
22
1
bizim.media

10Sources