ain.az, Axar.az portalına istinadən məlumat verir.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXVI turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Axar.az xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
Komitə sədri "Sumqayıt" - "Neftçi" oyununda baş hakim Kamal Umudlunun, "Zirə" - "Şamaxı" matçında isə Elçin Məsiyevin bir epizodda yanlış qərarlar verdiyini bildirib.
Qeyd edək ki, daha öncə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Turan Tovuz" - "Zirə" (0:2) matçında verdiyi qərarlarla gündəmə gələn matçın baş hakimi Əliyar Ağayev ağır cəzaya məruz qalıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.