ain.az, Qafqazinfo saytına istinadən bildirir.
Dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 20,24 ABŞ dolları və ya 14,38 % azalaraq 120,44 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün neftimiz 140,68 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.