AZ

Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanınAugusta limanında CIF bazasında əvvəlki göstəricidən 1 ABŞ dollarıvə ya 0,7% ucuzlaşaraq 140,68 ABŞ dollarına enib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,57 dollar və ya 0,42%ucuzlaşaraq 134,58 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,78 dollar və ya 0,71% azalaraq 109,26 dollar/bareləbərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,05 dollar vəya 2,16% artaraq 144,42 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin ortaqiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Məqalədə:
Seçilən
16
6
az.trend.az

10Mənbələr