EN

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Hazırda paytaxt Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

Ekologiya.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata əsasən,

1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

6. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

12. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;

13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Chosen
110
49
ekologiya.az

10Sources