EN

İran rəsmiləri bu axşam Pakistana gedir - ABŞ-la danışıqlar aparacaqlar

İran nümayəndə heyəti Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə bu axşam İslamabada gedəcək.

Bizim.Media xəbər verir ki, bu barədə İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm “X” hesabında bildirib.

Səfir qeyd edib ki, nümayəndə heyəti İranın təqdim etdiyi 10 bəndlik plan əsasında ciddi danışıqlar aparmaq niyyətindədir:

"Həmin plan ABŞ-la danışıqlar üçün əsas çərçivə kimi irəli sürülüb və regional münaqişələrin dayandırılması, o cümlədən atəşkəs şərtlərini əhatə edir".

Bizim.Media

Chosen
16
13
bizim.media

7Sources