EN

Britaniyanın Yaxın Şərqdəki hərbi gəmisi HMS "Dragon"da nasazlıq yaranıb

BAKI, 9 aprel. TELEQRAF

Böyük Britaniyanın Yaxın Şərqdə yerləşdirilmiş hərbi gəmisi HMS “Dragon” texniki nasazlıq səbəbindən Aralıq dənizində limana yan almağa məcbur olub.

Teleqraf xəbər verir ki, bu vəziyyət Londonun regiondakı hərbi mövcudluğunu zəiflədən amil kimi qiymətləndirilir.

Məlumata görə, “Type 45” sinifli esminesin bort su sistemində yaranan problem ekipajın təminatına təsir göstərib və gəminin fəaliyyətini məhdudlaşdırıb.

Böyük Britaniyanın Müdafiə Nazirliyi isə bildirib ki, gəmi planlı logistika dayanacağı və qısa texniki xidmət üçün limana daxil olub və zərurət yaranarsa, qısa müddətdə yenidən dənizə çıxmağa hazır olacaq.

Qeyd olunur ki, HMS “Dragon” İranla bağlı gərginlik fonunda Böyük Britaniyanın Kiprdəki hərbi bazalarını qorumaq və regionda güc nümayiş etdirmək məqsədilə göndərilmişdi.

Bildirilib ki, gəminin fəaliyyətinin məhdudlaşması ABŞ və İran arasında əldə olunan atəşkəsin qüvvəyə mindiyi həssas dövrə təsadüf edir.

Məlumata görə, Böyük Britaniya regionda hərbi fəaliyyətini davam etdirir və müttəfiqlərlə koordinasiyada hava və dəniz qüvvələrini hazır vəziyyətdə saxlayır.

Chosen
42
teleqraf.com

1Sources