EN

Tofiq Əliyev və Mixail Malkin Portuqaliyada Avropa çempionatının finalına yüksəldi

Azərbaycanın tamblinq millisinin üzvləri Portuqaliyada keçirilən Avropa çempionatında finala yüksəliblər.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Təmsilçilərimizdən Tofiq Əliyev (54.700 xal) və Mixail Malkin (54.800 xal) fərdi yarışda həlledici raunda vəsiqə əldə ediblər.

Həmçinin tamblinq üzrə komanda yarışında Azərbaycan yığması final mərhələsində çıxış edəcək.

Chosen
76
sportinfo.az

1Sources