EN

Okan Buruk dözmədi: "Qalatasaray"ın içində bizə zərər verən xainlər var"

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Göztəpə" ilə matçdan (1:3) sonra komanda daxilində ciddi bir narahatlığını dilə gətirərək futbol ictimaiyyətində böyük səs-küyə səbəb olub.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis komandanın ilk 11-liyinin gözlənilmədən rəqiblər tərəfindən öncədən bilinməsindən hiddətlənib.

Buruk bildirib ki, bəzi oyunlar üçün taktiki hazırlıqlar və heyət seçimi daxildən sızdırılır və bu, Avropa matçları da daxil olmaqla davamlı hal alıb. "İçəridə "Qalatasaray"a zərər verib, heyətin yayılmasını təmin edən xainlər var" deyən baş məşqçi, bu şəxslərin mütləq tapılacağını vurğulayıb.

Heyəti gizli saxlamaq üçün son məşqlərdə 11-liyi bəlli etməmək kimi sərt önləmlər alacağını qeyd edən Okan Buruk, rəqiblərin planlarını pozmaqda qərarlı olduğunu bildirib.

Hazırda İstanbul klubunda bu məlumat sızmasının qarşısını almaq üçün daxili araşdırmaların başladığı qeyd olunur.

Chosen
8
2
fanat.az

3Sources