Fransanın "Paris Sen-Jermen" klubu Çempionlar Liqasında Premyer Liqa təmsilçilərinə qarşı mütləq üstünlüyünü davam etdirir.
Offsideplus.az xəbər verir ki ə, Paris təmsilçisi keçən mövsüm qarşılaşdığı bütün ingilis klublarını — "Mançester Siti", "Liverpul", "Aston Villa" və "Arsenal"ı məğlub edərək nadir göstəriciyə imza atmışdı.
Bu mövsüm də ənənə pozulmur. Parislilər İngiltərə rəqiblərinə qarşı keçirdikləri oyunlarda hələ də məğlubiyyət üzü görməyiblər:
- "Tottenhem" üzərində qələbə
- "Nyukasl Yunayted" ilə heç-heçə
- "Çelsi" üzərində qələbə
- "Liverpul" üzərində qələbə
Xüsusilə son olaraq "Liverpul"un yenidən məğlub edilməsi "Paris Sen-Jermen"in Premyer Liqa nəhəngləri üzərindəki hegemonluğunu bir daha təsdiqlədi.
Hazırda Paris klubu ingilis komandaları üçün Avropada ən çətin rəqib hesab olunur.