Fransanın "Paris Sen-Jermen" klubu Çempionlar Liqasında Premyer Liqa təmsilçilərinə qarşı mütləq üstünlüyünü davam etdirir.

Offsideplus.az xəbər verir ki ə, Paris təmsilçisi keçən mövsüm qarşılaşdığı bütün ingilis klublarını — "Mançester Siti", "Liverpul", "Aston Villa" və "Arsenal"ı məğlub edərək nadir göstəriciyə imza atmışdı.

​Bu mövsüm də ənənə pozulmur. Parislilər İngiltərə rəqiblərinə qarşı keçirdikləri oyunlarda hələ də məğlubiyyət üzü görməyiblər:

  • ​"Tottenhem" üzərində qələbə
  • ​"Nyukasl Yunayted" ilə heç-heçə
  • ​"Çelsi" üzərində qələbə
  • ​"Liverpul" üzərində qələbə

​Xüsusilə son olaraq "Liverpul"un yenidən məğlub edilməsi "Paris Sen-Jermen"in Premyer Liqa nəhəngləri üzərindəki hegemonluğunu bir daha təsdiqlədi.

Hazırda Paris klubu ingilis komandaları üçün Avropada ən çətin rəqib hesab olunur.