EN

PSJ Liverpul a, Atletiko Barselona ya qalib gəldi

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

QOL.az xəbər verir ki, 2-ci oyun günündə daha iki qarşılaşma keçirilib.

Görüşlərin hər biri azarkeşlər tərəfindən maraqla gözlənilirdi. Belə ki, PSJ evdə "Liverpul"u qəbul edib. Görüş Paris klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Digər matçda isə "Barselona" evdə "Atletiko" ilə üz-üzə gəlib. Qarşılaşmada qonaqlar 2:0 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, 1/4 finalın cavab qarşılaşmaları 14 və 15 apreldə keçiriləcək. 

UEFA Çempionlar Liqası, 1/4 final, ilk oyunlar

8 aprel

23:00. PSJ (Fransa) - "Liverpul" (İngiltərə) - 2:0

Qollar: D.Due, 11. Kvaratsxeliya, 65.

23:00. "Barselona" (İspaniya) - "Atletiko" (İspaniya) - 0:2

Qollar: X.Alvares, 45. Şörlot, 70.

7 aprel

"Real" (İspaniya) - "Bavariya" (Almaniya) - 1:2

"Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə) - 0:1

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
1
qol.az

3Sources