EN

Neftçi ilə Benfika arasında danışıqlar başladı

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Neftçi" bugünlərdə "Benfika" ilə danışıqlara başla yıb.Dümokrat.az xəbər verir ki, bununla bağlı paytaxt təmsilçisindən sportinfo.az-a məlumat daxil olub.Verilən informasiyaya görə, klubu rəhbərliyi Portuqaliyadan yeni idarəçi gətirməyi planlaşdırır.Həmin şəxs "Neftçi"nin futbol akademiyasına direktoru postuna namizəddir. Bakılıların xidmətinə maraq göstərdiyi fiqur hazırda "Benfika"da çalışır.Bir ildən artıqdır ki, "Neftçi"də bu vəzifə boşdur. Türkiyəli Semal Bülbülün 3 illik müqavilə müddətini uzatmayan "ağ-qaralar" o tarixdən bəri akademiyanı üç nəfərin nəzarətinə verib.Namiq Adilovla Sənan Qurbanov 2 ilə yaxındır aşağı yaş qruplarını kurasiya edirsə, Elxan Abdullayev yaxınlarda koordinator vəzifəsinə təyinat alıb.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
1
demokrat.az

2Sources