EN

“Barselona”nın şərtlərini öyrənmək istəyir - Robert Levandovski

“Barselona”nın hücumçusu Robert Levandovski klubla qarşıdakı yayda başa çatacaq müqaviləsinin müddətini uzada bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı forvard yeni müqavilə imzalamağa razıdır, hətta bunun üçün maaşının azaldılmasına da hazırdır.

Ancaq o, qərar verməzdən əvvəl Kataloniya klubunun ona təqdim edəcəyi konkret şərtlərlə tanış olmaq istəyir.

Levandovski cari mövsümdə bütün turnirlər daxil olmaqla 38 oyunda iştirak edib, 17 qol vurub və 3 məhsuldar ötürmə verib.

37 yaşlı futbolçu ilə “Yuventus”, “Milan” və ABŞ təmsilçisi “Çikaqo” maraqlanır.

Chosen
19
sportinfo.az

1Sources