EN

ABŞ və Macarıstan neft və nüvə enerjisi sahəsində bir sıra razılaşmalar əldə edib

ABŞ və Macarıstan neft və nüvə energetikası sahəsində bir sıra razılaşmalar əldə edib.

APA xəbər verir ki, bu barədə Ağ Ev ABŞ vitse-prezidenti Cey Di Vensin Budapeşt səfərindən sonra məlumat yayıb.

Məlumata görə, Macarıstanın "MOL" şirkəti ABŞ enerji şirkətlərindən 510 min barel xam neft alıb və müqavilənin dəyəri təxminən 500 milyon dollar təşkil edir.

Tərəflər həmçinin kiçik modul reaktorlar üzrə əməkdaşlığı təsdiqləyib, Macarıstanda ümumi dəyəri 20 milyard dollara qədər olan 10 reaktorun tikintisi mümkün sayılır.

Bundan əlavə, "Westinghouse Electric Company" ilə “Paks-1” AES üçün nüvə yanacağı tədarükü barədə memorandum imzalanıb.

Razılaşmalar enerji təhlükəsizliyi və ABŞ-Macarıstan strateji əməkdaşlığının genişləndirilməsi kimi qiymətləndirilir.

Chosen
19
1
apa.az

2Sources