EN

Tramp: İranla danışıqlar qapalı formatda aparılacaq

BAKI, 8 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp rəsmi Vaşinqton və Tehran arasında mümkün sazişlə bağlı danışıqların gizli formatda keçiriləcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı özünə məxsus “Truth Social” sosial şəbəkəsində yazıb.

"Birləşmiş Ştatlar üçün məqbul olan yalnız bir qrup mühüm bənd mövcuddur və biz bu danışıqlar zamanı onları qapalı qapılar arxasında müzakirə edəcəyik. Məhz həmin bəndlər bizim atəşkəsə razılıq verməyimizin əsasını təşkil edir",- D. Tramp qeyd edib.

Prezident həmçinin əlavə edib ki, irəli sürülən şərtlər kifayət qədər ağlabatandır, lakin onlardan imtina etmək də hər an mümkündür.

Chosen
21
9
teleqraf.com

10Sources