EN

Nissan la toqquşan “KİA” səkidə iki məktəblini vurdu; 14 yaşlı qızlar ağır yaralandı VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avtomobil səkiyə çıxaraq iki məktəblini vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Omsk şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri videoregistrator tərəfindən qeydə alınıb.

Məlumata görə, "Nissan" markalı avtomobili idarə edən 50 yaşlı qadın sürücü manevr zamanı "Kia" markalı avtomobilə yol verməyib. Toqquşmadan yayınmağa çalışan "Kia" sürücüsü səkiyə çıxıb və səkidə olan 14 yaşlı iki qız məktəblini vurub. Xəsarət alan yeniyetmələr müxtəlif dərəcəli sınıq və travmalarla xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
avtosfer.az

1Sources