Bakı. Trend:
İngiltərənin "Arsenal" klubu Çempionlar Liqasının 1/4 finalmərhələsinin ilk matçında səfərdə Portuqaliyanın "Sportinq"komandasına qalib gəlib.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, Lissabonda keçirilən görüşdə yeganəqolu sonradan meydana daxil olan Kay Havertz vurub. Almaniyalıfutbolçunun bu qolu sayəsində London təmsilçisi maraqlı birreytinqdə liderliyini daha da möhkəmləndirib.
Belə ki, "Arsenal" cari mövsümdə əvəzetmədən oyuna qoşulanfutbolçuların iştirakı ilə vurulan qolların sayını 40-a çatdırıb.Bu, Avropanın "Böyük beşlik" liqaları arasında ən yüksəkgöstəricidir.
Sözügedən reytinqdə ikinci yeri Fransa "PSJ"si (35 qol) tutur.Üçüncü pilləni isə aktivlərində ehtiyatdan gələn oyunçularıniştirakı ilə vurulan 34 qol olan "Atalanta", "Barselona","Bavariya" və "Selta" bölüşürlər.