EN

Bakıda oğul anasını döydü

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakının Sabunçu rayonunda ana və oğul arasında yaşanan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 28-də rayonunun Maştağa qəsəbəsində baş verib. Şəmkir rayon sakini, 2003-cü il təvəllüdlü Aydın fərdi yaşayış evinin yataq otağında anası Sona (adlar şərtidir – red.) ilə mübahisə edib.Aralarında ailə məişət zəminində baş vermiş mübahisə zamanı qəsdən əli ilə onun saçını yolub, yumruq zərbələri ilə başına və bədəninin müxtəlif yerlərinə vurub, sol biləyini dişləyib, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisəni törədən Aydının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxs ilə barışmasına dair ərizə təqdim edib, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alınmasını istəyib.Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edib ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı, barəsində olan cinayət təqibinə xitam verilməlidir.Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
demokrat.az

1Sources