EN

Daha az maaşla klubunda qaldı

style='margin-bottom:10px;'>

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr komandada qalmaq üçün daha sərfəli təkliflərdən imtina edib.

QOL.az xəbər verir ki, “Talksport” nəşrinin məlumatına görə, 33 yaşlı futbolçu həftəlik 190 min funt sterlinq maaşının azaldılmasına razılaşaraq klubda qalmağı seçib. “Qırmızı şeytanlar” onunla 1 illik yeni müqavilə imzalayıb, razılaşmada əlavə 12 ay uzatma bəndi də var.

Bildirilir ki, Maquayra "Napoli” və “İnter Mayami” klubları yüksək maaş təklif etsə də, o, karyerasını “Mançester Yunayted”də davam etdirmək qərarı verib.

Chosen
10
2
teleqraf.com

3Sources