EN

"Azərsun Holdinq" rəqəmsal transformasiya istiqamətində fəaliyyətini genişləndirir

"Azərsun Holdinq" sənayenin rəqəmsal transformasiyası istiqamətində fəaliyyətini genişləndirir.

Holdinq, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən proqram çərçivəsində aktiv iştirak edir və üç iri müəssisəsi ilə prosesə qoşulub.

Qeyd edək ki, bu kimi layihələr "Azərsun Holdinq"in istehsal gücünün artırılmasına, məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsinə və beynəlxalq bazarlarda mövqeyinin daha da möhkəmləndirilməsinə yönəlib. Holdinq gələcək dövrdə də rəqəmsal transformasiya istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır. 

"Cebheinfo.az"

Chosen
7
14
cebheinfo.az

10Sources