AZ

"Azərsun Holdinq" rəqəmsal transformasiya istiqamətində fəaliyyətini genişləndirir

Ajans.az xəbər verir ki, Azərbaycanda uzun illərdir fəaliyyət göstərən "Azərsun Holdinq" sənayenin inkişafına verdiyi töhfələrlə yanaşı, istehsalatın modernləşdirilməsi və texnoloji yeniliklərin tətbiqi istiqamətində də ardıcıl addımlar atır. Bu çərçivədə holdinq rəqəmsal həllərin tətbiqi, istehsal proseslərinin optimallaşdırılması və resurslardan daha səmərəli istifadə imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirir. Layihə çərçivəsində “Sun Tea” MMC və “AzərSüd” MMC-də istehsal proseslərinin təkmilləşdirilməsi, avtomatlaşdırma səviyyəsinin artırılması və idarəetmədə rəqəmsal alətlərin tətbiqi istiqamətində işlər aparılır. Görülən tədbirlər müəssisələrdə əməliyyat səmərəliliyinin yüksəldilməsinə və istehsalın daha çevik təşkilinə şərait yaradır. Qeyd edək ki, bu kimi layihələr "Azərsun Holdinq"in istehsal gücünün artırılmasına, məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsinə və beynəlxalq bazarlarda mövqeyinin daha da möhkəmləndirilməsinə yönəlib. Holdinq gələcək dövrdə də rəqəmsal transformasiya istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır.

Seçilən
0
15
Ajans.az

10Mənbələr