EN

ABŞ dən U DÖNÜŞÜ VƏ YA TRAMP ATƏŞKƏSƏ NECƏ MƏCBUR OLDU? “İranın müqaviməti gözləntiləri aşdı...”

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trump İranla bağlı sərt ritorikası ilə gərginliyi pik həddə çatdırsa da, qısa müddət sonra geri addım ataraq atəşkəs razılaşmasını elan etdi. 

"AzPolitika" xəbər verir ki, ABŞ mərkəzli The Wall Street Journal qəzetinin məlumatına görə, bu dönüşün arxasında həm beynəlxalq təzyiqlər, həm də diplomatik manevrlər dayanır.

Qeyd olunur ki, Tramp çərşənbə axşamı səhər saatlarında Iran rəhbərliyinə 12 saatlıq ultimatum verərək, razılaşma əldə olunmazsa “bir sivilizasiyanın yox ola biləcəyi” barədə xəbərdarlıq etmişdi. O, ölkənin körpüləri, enerji obyektləri və mülki infrastrukturu hədəf alan genişmiqyaslı hücumlarla hədələyirdi.

Lakin son tarixə cəmi 90 dəqiqə qalmış Tramp sosial şəbəkədə paylaşım edərək İranla iki həftəlik atəşkəs barədə razılıq əldə olunduğunu açıqladı. Şərt kimi isə Hörmuz Boğazının dərhal açılması irəli sürüldü.

Beynəlxalq və ABŞ ictimaiyyyətinin təzyiqı artıb, İran əlaqəni kəsib

Proses boyu Trampa qarşı beynəlxalq təzyiqlər sürətlə artıb. Papa Leo və aktyor Ben Stiller kimi tanınmış şəxslər geri addım atmağa çağırdı. Avropa liderləri arasında aparılan danışıqlarda da Trampın geri çəkiləcəyi ehtimalı güclü hesab edilirdi.

Mark Rutte vəziyyəti izləmək üçün Vaşinqtona yola düşərkən, İtaliyanın baş naziri Giorgia Meloni mülki əhalinin hədəf alınmasına qarşı çıxaraq “milyonlarla insan liderlərin qərarlarının bədəlini ödəməməlidir” deyə bildirdi.

Trampın açıqlamasından dərhal sonra İran tərəfi Misir vasitəsilə ABŞ-la birbaşa əlaqəni dayandırdığını bildirdi. Region ölkələri ABŞ-ın İranın infrastrukturuna hücumunun bölgəni “qaranlığa qərq edə biləcəyi” barədə xəbərdarlıq etdi.

ABŞ müdafiə strukturları artıq mümkün hücum planlarını hazırlamışdı. Hərbi rəhbərlik İranın enerji obyektlərinə yönəlik hədəf siyahılarını müzakirəyə çıxarsa da, bu planlar Trampın səsləndirdiyi qədər genişmiqyaslı deyildi. Məlumata görə, gecə ərzində müəyyən hədəflərə zərbələr endirilsə də, əsas neft infrastrukturu toxunulmaz qaldı.

Trampın sərt çıxışı həm siyasi dairələrdə, həm də ictimaiyyətdə ciddi müzakirələrə səbəb oldu. Bəzi ekspertlər onun “təhdidkar və qeyri-proqnozlaşdırılan” görünməyə çalışdığını qeyd etdi. ABŞ daxilində də bu ritorika narahatlıq yaratdı.

Trampın tez-tez mövqe dəyişməsi maliyyə bazarlarında qeyri-müəyyənlik yaratdı. İnvestorlar riskdən qaçmağa başladı, iri maliyyə qurumları isə fövqəladə tədbirlər gördü.

Bu arada diplomatik kanallar sürətlə işə düşüb. Pakistanın baş naziri  Trampa müddətin iki həftə uzadılması təklifi ilə çıxış etdi və İranı Hörmuz boğazını açmağa çağırıb.

Günün sonunda da Tramp Oval kabinetdə müşavirləri ilə müzakirələrdən sonra qərarını açıqlayıb. O, İranın Hörmuz boğazını “tam, dərhal və təhlükəsiz şəkildə” açması şərti ilə planlaşdırılan hücumların iki həftəlik dayandırıldığını bəyan edib.

Beləliklə, sərt ultimatumla başlayan proses son anda diplomatiyanın işə düşməsi və beynəlxalq təzyiqlərin artması ilə müvəqqəti atəşkəslə nəticələnib.

Beynəlxalq mediada Vaşinqtonun qərarı necə dəyərləndirilir? 

ABŞ Prezidenti Donald Trumpın sərt təhdidlərindən sonra əldə olunan atəşkəs qərarı beynəlxalq mediada Vaşinqton üçün “geri çəkilmə çıxışı” kimi qiymətləndirilir. ABŞ və Böyük Britaniya mətbuatına görə, proses ABŞ-ın əsas hədəflərinə çata bilmədiyini, Iranın isə mövqelərini qoruduğunu göstərir.

ABŞ-ın nüfuzlu nəşri The New York Times yazır ki, Trampın “bir sivilizasiyanın yox ola biləcəyi” barədə hədəsindən təxminən 10 saat sonra Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə olunub. Bu addım qlobal iqtisadiyyata təzyiqi müvəqqəti də olsa azaltdı.

Böyük Britaniyanın BBC kanalı isə bu prosesi Tramp üçün “riskli hərbi eskalasiya ilə geri addım arasında seçimdən xilas edən çıxış yolu” kimi qiymətləndirib.

Hər iki media qurumunun təhlilinə görə, atəşkəs qısa müddətdə Vaşinqtona manevr imkanı qazandırsa da, bu, strateji uğur sayılmır. Neft qiymətləri düşüb, bazarlar nisbətən sabitləşib.

Lakin İranın nüvə proqramı davam edir, regiondakı hərbi-siyasi təsiri zəifləməyib və Hörmuz Boğazı üzərində nəzarətini saxlayır.

Müharibə zamanı İranın gözləniləndən daha dayanıqlı olduğu vurğulanır. Minlərlə hücuma baxmayaraq, ölkə hərbi potensialını qoruyub, asimmetrik taktikalardan istifadə edərək enerji xətlərini təhdid edib və kiberhücumlarla ABŞ infrastrukturuna zərbələr endirib.

Bu isə Vaşinqtonun sürətli qələbə planının reallaşmadığını göstərir.

Hürmüz boğazı: əsas güc balansı burada dəyişdi

Atəşkəsin ən kritik məsələlərindən biri Hörmüz boğazıdır. İran kommersiya gəmilərinin keçidinə icazə verəcəyini bildirsə də, nəzarətin öz silahlı qüvvələrində qalacağını açıqlayıb.

Ekspertlərə görə, bu vəziyyət müharibədən əvvəlki dövrlə müqayisədə Tehranın mövqeyini gücləndirib və qlobal enerji marşrutları üzərində yeni qeyri-müəyyənlik yaradıb.

Müharibə yalnız xarici siyasətdə deyil, ABŞ daxilində də ciddi siyasi çatlara səbəb olub. Demokratlar Trampa sərt reaksiya verib, hətta Respublikaçılar arasında belə tənqidlər səslənib. Onun “yeni Yaxın Şərq müharibəsinə girməyəcəyik” vədi sual altına düşüb.

Bu proses ABŞ-ın beynəlxalq imicinə də mənfi təsir göstərib.

İranın şərtləri: Vaşinqton üçün çətin danışıqlar

Atəşkəsdən sonra danışıqların əsasını İranın irəli sürdüyü 10 maddəlik plan təşkil edir. Bu plan sanksiyaların ləğvi, ABŞ qoşunlarının regiondan çıxarılması, kompensasiya ödənişi və nüvə proqramının tanınması kimi Vaşinqton üçün ağır şərtləri əhatə edir.

The New York Times bu vəziyyəti “İranın müharibədən əvvəlki tələblərinin yenidən masaya qayıtması” kimi şərh edib.

O da qeyd olunur ki, İran xalqının müqaviməti, dözümü və hakimiyyətə dəstəyi də ABŞ üçün gözlənilməz olub. Vaşinqton bu iradə ilə hesablaşmaq məcburiyyətində qalıb.

Müharibənin nəticələri İsrail daxilində də ciddi tənqidlərə səbəb olub. Müxalifət lideri Yair Lapid Baş nazir Benjamin Netanyahunu ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəsi dəstəklədiyinə görə sərt tənqid edib.

Lapid bu vəziyyəti “siyasi və strateji uğursuzluq” adlandıraraq bildirib ki, “İsrail belə mühüm qərarların qəbulunda prosesdən kənarda qalıb”.

Onun sözlərinə görə, ordu və xalq üzərinə düşəni yerinə yetirsə də, hökumət qarşıya qoyduğu hədəflərə çata bilməyib və bunun nəticələrinin aradan qaldırılması illər çəkə bilər.

Ortaya çıxan tablo göstərir ki:

-ABŞ əsas strateji məqsədlərinə nail ola bilməyib;

-İran hərbi və siyasi mövqelərini qoruyub;

-Qlobal enerji və təhlükəsizlik balansında qeyri-müəyyənlik artıb

Beləliklə, atəşkəs müharibəni dayandırsa da, onun səbəblərini aradan qaldırmayıb və tərəflər arasında gərginlik hələ də qalmaqdadır.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
azpolitika.info

1Sources