ain.az bildirir, Lent az saytına əsaslanaraq.
Aprelin 24-də ekranlara çıxacaq "Michael" bioqrafik filmi ətrafında böyük qalmaqal yaşanır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Antuan Fukuanın rejissorluq etdiyi ekran işinin finalı Maykl Ceksonun mirasçılarının müdaxiləsi ilə tamamilə dəyişdirilib.
Mirasın idarəçiləri uşaq istismarı ittihamlarının yer aldığı hissələri filmdən çıxarmaq üçün ən azı 10 milyon dollar ödəyiblər. İlkin planda bu ittihamların sənətçinin həyatına təsirinə geniş yer verilməsi nəzərdə tutulsa da, Ceksonu cinsi istismarda təqsirləndirən ilk şəxs olan və vaxtilə 15 milyon dollar təzminat alan Cordan Çandlerin hüquqi maneəsi ilə qarşılaşılıb. Çandlerin filmdə adının çəkilməsini qadağan etməsi səbəbindən mirasçılar ssenarini yenidən formalaşdırmaq üçün 10-15 milyon dollar arası əlavə büdcə ayırıblar.
Bu müdaxilələrdən sonra film sənətçinin həyatındakı böyük qalmaqalları işıqlandırmaq əvəzinə, karyerasının ən parlaq dövründə başa çatacaq şəkildə yenidən redaktə edilib. Tənqidçilər bu addımı həqiqətlərin üzərinin örtüldüyü bir "ağlama layihəsi" kimi qiymətləndirirlər.
Baş rolda sənətçinin qardaşı oğlu Cafar Ceksonun çəkildiyi filmə efsanəvi ulduzun qızı Paris Ceksondan sərt etiraz gəlib. O, miras idarəçiləri Con Branca və John McClaini filmi bərbad etməkdə günahlandıraraq, hüquq firmalarına ödənilən astronomik məbləğlərə reaksiya göstərib. İdarəçilər isə bu ödənişlərin sektor standartı olduğunu və Cekson ailəsinin bu miras sayəsində milyardlarla dollar qazandığını xatırladıblar.
Dünya miqyasında böyük maraqla gözlənilən "Michael" filmi, sənətçinin mübahisəli həyatını nə dərəcədə tərəfsiz əks etdirəcəyi sualları altında aprelin 24-də kinosevərlərin ixtiyarına veriləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.