EN

Hoffenhaym ın vingeri karyerasını Liverpul da davam etdirə bilər

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Hoffenhaym"ın vingeri Bazumana Ture karyerasını "Liverpul"da davam etdirməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

"Mersisaydlılar" 20 yaşlı futbolçunu 2025/26 mövsümünün sonunda "Liverpul"dan ayrılacaq Məhəmməd Salahın yerinə transfer etməyi düşünürlər.

Həmçinin bildirilir ki, "qırmızılar"ın skautları artıq neçə vaxtdı Fil Dişi Sahili millisinin üzvünü yaxından izləyirlər.

Qeyd edək ki, Ture bu mövsüm 26 oyunda iştirak edib, 2 qol vurub və 11 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
sport24.az

1Sources