EN

Zaxarova: Qərb Kiyev rejiminin dənizdə törətdiyi qanunsuzluqlara birbaşa iştirakçı olur

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa dövlətlərinin Rusiya bayrağı altında fəaliyyət göstərən ticarət gəmilərinə edilən terror hücumlarını qınamaması, Avropanı Kiyev rejiminin dənizdə törətdiyi qanunsuzluqlara birbaşa iştirakçı edir.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Zaxarova brifinqdə qeyd edib ki, bu kontekstdə son zamanlar Aralıq dənizində Rusiya bayrağı altında hərəkət edən LNG-tanker “Arktik Metagaz”ın pilotsuz sistemlərlə hücuma məruz qalması hadisəsini xatırlatmaq lazımdır. “Çoxsaylı pilotsuz katerlərin və hava aparatlarının soyuqqanlı və sistemli şəkildə ticarət gəmisinə yönəldilməsi açıq şəkildə göstərir ki, hücum edənlərin məqsədi həm gəmiyə, həm də heyətə zərər vurmaq, həmçinin ekoloji fəlakət yaratmaq olub”, – deyə o bildirib.

Diplomat əlavə edib ki, narahatlıq doğuran yalnız “Kiyev rejimi tərəfindən ticarət gəmilərinə edilən terror hücumları” deyil, həm də bu hadisələrin Qərb ölkələrinin səssiz, bəzən isə açıq razılığı ilə baş verməsidir. “Onlar bu tip insidentləri, öz ifadələrilə, “müəyyən dərəcədə qəbul edilə bilən” hesab edirlər, xüsusən də silahlı münaqişə şəraitində. Bu göstərir ki, hücumların coğrafiyası hərbi əməliyyat teatrının hüdudlarından kənara çıxıb və genişlənməkdədir, bu isə dünya okeanının müxtəlif bölgələrində dəniz daşımalarını təhlükə altına qoyur”, – deyə Zaxarova vurğulayıb.

O, Qərbin Rusiya tankerinə qarşı baş verən “tamamilə açıq beynəlxalq hüquq pozuntusuna” heç bir reaksiya vermədiyini xüsusi qeyd edib. “Heç bir Avropa dövləti Ukrayna tərəfdarlarının hərəkətlərini qınamayıb. Bu baxımdan Avropa təkcə səssiz şahid deyil, həm də Kiyev rejiminin qanunsuzluqlarının birbaşa iştirakçısına çevrilir”, – deyə Zaxarova əlavə edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
icma.az

1Sources