EN

Bu ölkədə məskunlaşanları ev və işlə təmin edirlər

İspaniyanın Soriya bölgəsində yerləşən Arenillas kəndi qeyri-adi təkliflə gündəmə gəlib. Kənd rəhbərliyi ailəvi şəkildə köçmək istəyənlərə pulsuz ev və iş imkanı təklif edir.

BAKU.WS xəbər verir ki, əhalisinin sayı 40 nəfərdən də az olan kənd "boşalan İspaniya" problemi ilə üzləşib. Bu səbəbdən yerli hakimiyyət yeni sakinlər cəlb etmək üçün təşəbbüs irəli sürüb.

Təklifə əsasən, kəndə köçən ailəyə bərpa olunmuş evlərdən biri pulsuz verilir. Bunun müqabilində isə əsasən tikinti və təmir işlərində çalışmaq tələb olunur. Bundan əlavə, kəndin sosial obyektlərindən birinin idarə olunması imkanı da yaradılır.

Layihə xüsusilə uşaqlı ailələr üçün nəzərdə tutulub. Məktəblilərin yaxınlıqdakı Berlanga de Duero qəsəbəsinə daşınması üçün pulsuz servis təşkil edilib.

Qısa müddətdə təşəbbüsə böyük maraq yaranıb. Bir həftə ərzində 100-dən çox müraciət daxil olub. Ekspertlər qeyd edir ki, bu cür təşəbbüslər şəhər həyatından uzaqlaşıb daha sakit və ucuz yaşam axtaran insanların sayının artdığını göstərir.

Chosen
13
far.az

1Sources