EN

Maks Dauman – Çempionlar Liqasında yeni rekordçu! – ARENA.AZ

İngiltərənin “Arsenal” klubunun sağ vingeri Maks Dauman UEFA Çempionlar Liqasında (ÇL) yeni rekord müəyyənləşdirib.

Arena.az xəbər verir ki, o, bunu ÇL-in 1/4 final mərhələsində Portuqaliyanın “Sportinq” komandasına qarşı keçirdikləri ilk oyunda (1:0) iştirak etməklə bacarıb.

Dauman bu görüşün 76-cı dəqiqəsində meydana çıxıb. Nəticədə 16 yaş 97 günlük yarımmüdafiəçi ÇL tarixində 1/4 finalda oynayan ən gənc futbolçu olub.

Əvvəlki rekord 16 yaş 272 günlüyündə PSJ-yə qarşı meydana çıxmış “Barselona”nın hücumçusu Lamin Yamala məxsus idi.

Xatırladaq ki, Maks Dauman “Arsenal”ın öz yetirməsidir. O, London təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 9 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Dauman İngiltərənin U-16, U-17 və U-19 yığmalarında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
28
11
arena.az

10Sources