EN

Küveyt və BƏƏ İranın raket və dron hücumlarını dəf etdiklərini açıqlayıb

Hücumların İranın neft obyektlərinə zərbədən sonra həyata keçirildiyi bildirilir...

Poliqon xəbər verir ki, Küveyt ordusu bu gün İran tərəfindən buraxıldığı iddia olunan 28 pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini açıqlayıb.

Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi də hava hücumundan müdafiə sistemlərinin 17 ballistik raket və 35 dronu məhv etdiyini bildirib.

Məlumata görə, hücumlar İran tərəfindən həyata keçirilib və regionda gərginliyin daha da artmasına səbəb olub.

İranın dövlət televiziyası IRIB isə bildirib ki, BƏƏ və Küveytə qarşı raket və dron zərbələri İranın Lavan adasındakı neft obyektlərinə edilən hücumdan təxminən bir saat sonra həyata keçirilib.

Digər tərəfdən, İranın Press TV kanalı ABŞ və İsraili atəşkəsi pozmaqda ittiham edərək ölkənin cənubunda yerləşən neft emalı zavoduna zərbə endirildiyini iddia edib.

Analitiklər qeyd edirlər ki, qarşılıqlı ittihamlar və zərbələr regionda hərbi eskalasiyanın yeni mərhələyə keçdiyini göstərir və vəziyyətin daha da kəskinləşməsi ehtimalını artırır.

Poliqon.info

Chosen
21
poliqon.info

1Sources