EN

Yeni klinika tələbə və rezidentlərə nə verəcək?

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yeni yaradılan klinika təkcə müalicə deyil, həm də gələcək həkimlərin yetişdirilməsi üçün mühüm baza rolunu oynayacaq".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Baş həkimi Dilqəm Məmmədov nazirliyin "Instagram" səhifəsində canlıda bildirib.

O bildirib ki, klinikanın fəaliyyəti çərçivəsində rezidentlər və tibb tələbələri üçün həm nəzəri, həm də praktik biliklərin sistemli şəkildə öyrədilməsi nəzərdə tutulur.

“Rezidentura proqramına uyğun olaraq burada həm teorik, həm də praktik fəaliyyətlər həyata keçiriləcək. Plastik cərrahiyyənin nəzəri əsasları mərhələli şəkildə öyrədiləcək və əməliyyatların prinsipləri detallı şəkildə izah olunacaq”, – deyə o bildirib.

Həkimin sözlərinə görə, tələbə və rezidentlər yalnız nəzəri biliklərlə kifayətlənməyəcək, eyni zamanda real klinik mühitdə praktiki təcrübə qazanacaqlar. Onun sözlərinə görə, bu proses onların peşəkar inkişafına ciddi töhfə verəcək.

“Ən vacib məqamlardan biri odur ki, onlar elmi-praktik fəaliyyətin birbaşa içində olacaqlar. Bu da gələcəkdə həm elmi məqalələrin hazırlanmasına, həm də araşdırmalarda iştirak etmələrinə imkan yaradacaq”, – deyə o vurğulayıb.

Mütəxəssis əlavə edib ki, belə yanaşma həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycanı təmsil edəcək peşəkar kadrların yetişməsinə şərait yaradacaq.

Dilqəm Məmmədov hesab edir ki, bu tip mərkəzlər tibbin inkişafına, elmi potensialın güclənməsinə və gələcək həkimlərin daha peşəkar hazırlanmasına mühüm töhfə verəcək.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
1
bakivaxti.az

2Sources