EN

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanının nəticələri açıqlanıb

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 aprel 2026-cı iltarixində keçirilən Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin Vsinfinə qəbul imtahanının nəticələri elan edilib.

Trend xəbərverir ki, bu barədə DİM məlumat yayıb.

Məlumata görə, imtahanda iştirakı nəzərdə tutulan 1293 nəfərdən31 nəfər imtahana gəlməyib.

İmtahanda iştirak edənlər DİM-in saytı vasitəsilə nəticələri və “cavab kartı”nınqrafik təsviri ilə tanış ola bilərlər.

İştirakçılar imtahan nəticələri haqqında məlumatı, həmçininmobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinəgöndərməklə də öyrənə bilərlər.

İmtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinətəqdim ediləcək. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindəntibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləriuğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi məktəbəqəbul olunacaqlar.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİMtərəfindən 13 aprel 2026‑cı il tarixindən etibarən telefon əlaqəsivasitəsilə apellyasiya prosesi təşkil ediləcək. Apellyasiyakomissiyasına müraciət etmək istəyənlər 9 aprel saat 10:00-dan 10aprel saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektronərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilənmüddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçünmüraciət edə bilməyəcəklər.

Chosen
18
14
az.trend.az

10Sources