EN

Azərbaycan yelkənçiləri Avropa çempionatına yola düşüb

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Su İdman Növləri Federasiyasının (AWSF) idmançıları yelkənli qayıq üzrə Avropa çempionatında iştirak etmək üçün İspaniyaya yola düşüblər.

İdman.Biz xəbər verir ki, aprelin 11-dən 18-dək Mursiya şəhərində keçiriləcək ILCA 4 (Beynəlxalq Laser Sinfi Assosiasiyası) Avropa çempionatında Azərbaycanı iki idmançı təmsil edəcək.

Komandanın heyətində Nərgiz Məmmədova və Nəzrin Məmmədova yer alıb. Onlar yarışda yüksək nəticələr uğrunda mübarizə aparacaqlar.

Yığmanın məşqçisi Mithat Can Yıldırım, komanda rəhbəri isə Burcu Algon Giorgiannidir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
icma.az

1Sources