EN

Qırğızıstan və Rusiya arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edildi

BAKI, 8 aprel. TELEQRAF

Qırğızıstan Nazirlər Kabineti rəhbərinin birinci müavini Adılbek Kasımaliyev Bişkekdə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlığın geniş spektri müzakirə olunub.

Tərəflər iqtisadi-ticari və humanitar əlaqələrin mövcud vəziyyətini nəzərdən keçirib, həmçinin Qırğızıstan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasına hazırlıq məsələlərinə toxunublar.

Görüş zamanı A. Kasıməliyev və A. Overçuk prioritet istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Chosen
31
teleqraf.com

1Sources