EN

Türk dövlətləri TDLS sammitində kibertəhlükəsizlik məsələlərini müzakirə edəcək

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Astana, 8 aprel, AZƏRTAC

2026-cı ildə Qazaxıstan, Azərbaycan, Türkiyə və Özbəkistan nümayəndələrinin iştirakı ilə kibertəhlükəsizlik məsələlərinin müzakirə olunacağı TDLS (Turkic Digital Leaders Summit) sammiti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə “QazTech” alyansının İnformasiya Təhlükəsizliyi Komitəsinin həmsədri Yevgeni Pitolin Astanada keçirilən “Qazaxıstanın kibermaliyyə qalxanı: fırıldaqçılıq miflərinin ifşa edilməsi” forumu çərçivəsində məlumat verib.

O qeyd edib ki, TDT ölkələrinin kibertəhlükəsizliyi üzrə icmanın əməli qarşılıqlı fəaliyyəti bu sahədə beynəlxalq əməkdaşlığın əsas istiqamətidir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
azertag.az

2Sources