EN

Çiy hisə verilmiş kolbasaların TƏHLÜKƏSİ: Ateroskleroz RİSKİ

Çiy hisə verilmiş kolbasa ateroskleroz riski yaradır.

İnterpress.az xəbər verir ki, bu barədə sağlamlıq mütəxəssisləri məlumat yayıb.

Çiy hisə verilmiş kolbasaların tez-tez istehlak edilməsinin sağlamlıq üçün ciddi təhlükələr yaratdığı bildirilir.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu cür qida məhsulları ateroskleroz xəstəliyinin inkişafına səbəb ola bilər.

Həkimlər emal edilmiş ət məhsullarının rasiondan minimuma endirilməsini tövsiyə edirlər.

Bunun əsas səbəbi hisəvermə prosesi zamanı, habelə nitrit və nitratların qızdırılması nəticəsində yaranan kanserogen maddələrdir ki, bunlar da orqanizmə mənfi təsir göstərir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
12
interpress.az

1Sources