EN

Rusiya xarici kəşfiyyatı: Aİ ölkələri nüvə silahı istehsal etmək imkanlarını araşdırır

Avropa İttifaqı artıq özünün nüvə silahı istehsalı potensialını inkişaf etdirmək imkanlarını gizli şəkildə araşdırmağa başlayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb.

Bildirilib ki, Aİ liderləri özlərinin nüvə silahı istehsal imkanlarını inkişaf etdirmək üçün gizli layihələrə start verib.

Qeyd olunub ki, alman mütəxəssisləri bir ay ərzində gizli şəkildə nüvə partlayıcı qurğusunu yığmaq üçün kifayət qədər silah dərəcəli plutonium əldə edə bilərlər.

Chosen
28
2
apa.az

3Sources