EN

ADNSU ilə Çinin Pekin Kimya Texnologiyası Universiteti arasında Anlaşma Memorandumu imzalanıb FOTO

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Aprelin 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Pekin Kimya Texnologiyası Universitetində (PKTU) olub.Bizim.Media xəbər verir ki, görüşdə ADNSU tərəfindən Universitetin rektoru, dosent Rüfət Əzizov, rektorun müşaviri Ülviyyə Abbasova və SABAH mərkəzinin proqram rəhbəri Elnur Əlizadə, Çin tərəfindən isə PKTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Vanq Fenq, Beynəlxalq Mübadilə və Əməkdaşlıq Departamentinin direktoru Canq Binq və digər rəsmi şəxslər iştirak ediblər.PKTU-nun Çao Yanq kampusunda baş tutan görüşdə ADNSU-nun rektoru Rüfət Əzizov universitetin son illərdə əldə etdiyi nailiyyətlər, beynəlxalq reytinqlərdəki mövqeyi və elmi-tədqiqat potensialı barədə geniş təqdimatla çıxış edib. Rektor universitetin fakültələri, tədris olunan ixtisaslar, tələbə kontingenti, xüsusən də beynəlxalqlaşma strategiyası çərçivəsində əcnəbi tələbələrin cəlb olunması və qlobal təhsil məkanına inteqrasiya istiqamətində görülən işləri diqqətə çatdırıb.PKTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Vanq Fenq təmsil etdiyi universitetin elmi prioritetləri və beynəlxalq əməkdaşlıq təcrübəsi haqqında məlumat verib.Elmi tərəfdaşlıq əlaqələrinin inkişaf istiqamətlərinin müzakirə olunduğu görüşdə əsasən kimya mühəndisliyi sahəsində elmi əməkdaşlığın qurulmasının əhəmiyyəti vurğulanıb. Xüsusən də doktorantura səviyyəsində ikili rəhbərlik üzrə birgə fəaliyyətin qurulmasının əhəmiyyəti vurğulanıb. Tərəflər kimya mühəndisliyi üzrə doktorantura səviyyəsində ADNSU-nun doktorantlarının PKTU-da təhsil alması, eyni zamanda tədqiqat aparması imkanlarını nəzərdən keçiriblər. Xüsusilə elmi araşdırmaların keyfiyyətinin artırılması məqsədilə doktorantlar üçün ikili elmi rəhbərlik sisteminin tətbiqi məsələsi ətrafında detallı fikir mübadiləsi aparılıb.Sonra iki ali təhsil müəssisəsi arasında akademik və elmi tərəfdaşlığın strateji istiqamətlərini müəyyən edən Anlaşma Memorandumu  imzalanıb.Səfər çərçivəsində, həmçinin SABAH mərkəzinin neft və kimya mühəndisliyi proqramlarının bu əməkdaşlığa inteqrasiyası, tələbə və müəllim mübadiləsi mexanizmlərinin yaradılması məsələlərinə də toxunulub.Qeyd edək ki, imzalanan memorandum və aparılan müzakirələr Azərbaycan və Çin arasında ali təhsil sahəsində əlaqələrin dərinləşməsinə, eləcə də ADNSU-nun beynəlxalq elmi nüfuzunun daha da möhkəmlənməsini hədəfləyir.

Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
3
bizim.media

4Sources