EN

Bakı metrosu genişlənir: 9 yeni stansiya tikilir

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

9 yeni stansiyanın tikintisi nəzərdə tutulur.

Bakupost.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev deyib.

Onun sözlərinə görə, B4 stansiyası bu ilin sonunda istismara veriləcək, digər 9 stansiyada isə paralel şəkildə tikinti işləri aparılacaq.

Layihə çərçivəsində "Bənövşəyi" və "Yaşıl xətt" üzrə ümumilikdə 8 tunel qazma maşını istifadə ediləcək.

Qeyd olunub ki, bu templə tikinti işlərinin 2030-cu ilin sonuna qədər tamamlanması mümkündür.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
7
www.bakupost.az

8Sources