EN

“Liverpul”un qapıçısı “Qarabağ”ın futbolçusuna imzalı forma verib

ain.az, Cebheinfo saytına istinadən bildirir.

“Qarabağ”ın braziliyalı müdafiəçisi Dani Bolt ölkəsində “Lance” nəşrinə maraqlı müsahibə verib.

"Cebheinfo.az" xəbər verir ki, o, Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda “Liverpul”la oyunda (6:0) ingilislərin qapıçısı Alisson Bekkerlə arasında yaşananlardan danışıb. 

Bolt Alissonun ona imzalı forma verdiyini deyib: “Alissonla söhbət etdim, çünki qardaşı Muriellə “Fluminense”də birlikdə oynamışdım. Fasilədə danışdıq, qardaşı ilə birgə oynadığımı dedim. O da mənə imzalı formasını verdi. Ona təşəkkür etdim”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
1
cebheinfo.az

2Sources